logo

Rusiyadan Azərbaycana düyü kisəsində 3 milyon rubl keçirmək istədilər

15:59 24-04-2019 | icon 2870
Rusiyadan Azərbaycana düyü kisəsində 3 milyon rubl keçirmək istədilər

Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Toyota Camry” markalı avtomobilə baxış keçirilib. Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.