Çindən 20 min qutu hibrid ipəkqurdu toxumları gətirilib
Cari ildə ölkədə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 20000 qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildiriblər ki, ölkəyə gətirilən hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yarana biləcək çətinliklərin yerində həll edilməsi məqsədilə nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və “Azəripək” MMC-nin direktoru Nizami Qəribov aprelin 16-dan 23-dək Çin Xalq Respublikasına ezam olunublar.
Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən Super elit, elit, hibrit ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib. Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipəkqurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac olunur.
Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı ilə aprelin 23-də ölkəmizə gətirilib. Ölkəyə gətirilən toxumların 16875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipək qurdlarının mayın birinci on günlüyünə qədər müvafiq rayonların kümçülərinə bölgü əsasında paylanılması nəzərdə tutulub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb