Bu gün paytaxtdakı Atatürk parkına yaxın ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir. Bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.