logo

Sel Cəlilabad-Yardımlı yolundakı körpünü dağıtdı

23:15 23-04-2019 | icon 2660
Sel Cəlilabad-Yardımlı yolundakı körpünü dağıtdı

Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

YeniAvropa xəbər verir  ki həmçinin rayonun Buravar kəndindəki avtomobil yolunun bir hərəkət istiqaməti sel suları nəticəsində çöküb.

Bununla yanaşı, Buravar kəndinin mərkəzindəki digər körpü də eyni səbəbdən qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən körpülərə baxış keçirilib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir bərpa işlərinə başlanılacaq.(“Report”)