Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 7 min 978 olub.
Dövlət Gömrük KomitəsindənYeniAvropa-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 44-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 min 250-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 643-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir