logo

Azərbaycan İranda 4 terminal inşa edəcək

23:41 22-04-2019 | icon 3304
Azərbaycan İranda 4 terminal inşa edəcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC İranın Astara şəhərində 4 terminal inşa edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə QSC-nin tariflərin nizamlanması şöbəsinin rəhbəri Elxan Əsədov  Bakıda keçirilən IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaqlar.

ADY-nin fəaliyyəti barədə danışan E.Əsədov qeyd edib ki, hazırda dəmir yollarının təmiri və parkın modernləşdirilməsi üzrə işlər aparılır. Azərbaycanın bu məqsədlə satın aldığı 50 lokomotivdən 7-si artıq ölkəyə gətirilib.