logo

İlk üç ayda paytaxtda 116 avtoqəzalarda 33 nəfər ölüb

17:55 22-04-2019 | icon 2716
İlk üç ayda paytaxtda 116 avtoqəzalarda 33 nəfər ölüb

Bu ilin üç ayı ərzində paytaxt ərazisində 116 yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd olunub ki, qəzalar zamanı 33 nəfər ölüb, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9 faiz azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 173 min 467, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 85 min 145, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 9569, nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 566 inzibаti хətа aşkar еdilib.