“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsinə indiyədək ümumilikdə 36 milyard ABŞ dollarından çox sərmayə qoyulub.
YeniAvropa xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda keçirilən IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda çıxışı zamanı "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O, həmçinin qeyd edib ki, AÇG yataqlarından bu vaxtadək 3,5 milyard barrel neft hasil olunub.