logo

“Şahdəniz”dən indiyədək 104 milyard m3 təbii qaz hasil edilib

15:15 22-04-2019 | icon 3136
“Şahdəniz”dən indiyədək 104 milyard m3 təbii qaz hasil edilib

İndiyədək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 104 milyard m3-dən çox təbii qaz hasil olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə  Bakıda keçirilən IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, yataqdan, həmçinin 25 milyon ton kondensat çıxarılıb.