İndiyədək 506 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda öz işinə başlayan IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
"Bu həcmin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə, qalan hissəsi isə digər mövcud boru kəmərləri vasitəsilə nəql edilib",-deyə Xoşbəxt Yusifzadə vurğulayıb.