Azərbaycan bu vaxtadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 279 milyon ton mənfəət nefti əldə edib.
YeniAvropa xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda işə başlayan IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
“İndiyədək “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən bu vaxtadək dünya bazarında Azərbaycanın payına düşən 279 milyon ton mənfəət nefti satılıb”, - deyə Xoşbəxt Yusifzadə vurğulayıb.