Hasilat işləərinə başlayandan indiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481,6 milyon ton neft çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda öz işinə başlayan IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.