logo

13-cü mərtəbədən yıxılan fəhlə həyatını itirdi

17:38 21-04-2019 | icon 2674
13-cü mərtəbədən yıxılan fəhlə həyatını itirdi

Paytaxtda inşaat işləri aparılan çoxmərtəbəli binada faciə baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Yasamal rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib.

Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan fəhlə- 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.