Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -8°-dək aşağı enib.
YeniAvropa xəbər verir ki, bu haqda Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirlib. Qeyd edilib ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.
Ən çox yağıntı da Qubanın Qırız kəndinə düşüb. Hazırda bu kənddə 6 santimetr qalınlıqda qar var. Xınalıq kəndinə 4, Xaldana 3, Qubanın rayon mərkəzinə isə 1 santimetr qalınlıqda qar yağıb.
Xızının Altıağac qəsəbəsində isə qarın qalınlığı 4 santimetrdir.