logo

AZAL "PASHA Travel"lə  Səudiyyə Ərəbistanına 3 çarter reys açır

20:30 19-04-2019 | icon 3318
AZAL "PASHA Travel"lə  Səudiyyə Ərəbistanına 3 çarter reys açır

Bu günlərdə "Azərbaycan Hava Yolları"nın Ər-Riyadda keçirilmiş "Azərbaycan şahinin gözü ilə" təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.

YeniAvropa xəbər verir  ki, "Azərbaycan Hava Yolları" QSC və "PASHA Travel"ın mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd edilib ki, bu böyük tədbirin ilk nəticəsi olaraq AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru "PASHA Travel" ilə tərəfdaşlıq edəcək.

"PASHA Travel" təqdimatda bəyan edilən 6 istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:

• Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);

• Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);

• Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən).

Xatırladaq ki, AZAL, həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək.

• Bakı-Ciddə-Bakı – bazar ertəsi günləri (aprelin 8-dən etibarən);

• Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);

• Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir).

Qeyd edək ki, AZAL və "PASHA Travel" ilə 2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri, həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kiloqramadək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.