"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərə müraciət edib.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, sərnişinlərin istək və təklifləri nəzərə alınaraq aprelin 22-dən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.
Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.