logo

“Mərkəzi Azəri” platformasında neft hasilatı dayandırıldı

15:55 19-04-2019 | icon 3507
“Mərkəzi Azəri” platformasında neft hasilatı dayandırıldı

“Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının tərkib hissəsi olaraq aprelin 15-dən “Mərkəzi Azəri” platformasında planlaşdırılmış dayandırılma proqramı həyata keçirilir.

YeniAvropa xəbər verir  ki, bu barədə "BP"nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O bildirib ki, plana əsasən, “Mərkəzi Azəri” platformasından hasilat təxminən 2 həftə müddətində dayandırılacaq.

Bundan əlavə, oktyabrın 15-də “Qərbi Çıraq” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək. Bu platformada da hasilat təxminən 2 həftəlik dayandırılacaq.