I rübdə dövlət büdcəsinin gəliri 5 milyard 439,7 milyon manat təşkil edib
2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat, xərcləri 5 milyard 35,9 milyon manat olub, 403,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
Bildirilir ki, birinci rübdə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat və ya 99,1 faiz icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur. Həmin vəsaitin 69,1 faizi və yaxud 1 milyard 155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Birinci rübdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 milyard 14,1 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 93,8 milyon manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və yaxud 22,3 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 615 milyon manat vəsait transfert edilib.
Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz icra olunub
2019-cu ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5 milyard 35,9 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və ya 14,2 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2 milyard 104,5 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 milyon manat çoxdur.
Birinci rübdə dövlət büdcəsi xərclərinin 2 milyard 707,3 milyon manatı və ya 53,8 faizi cari xərclərə, 1 milyard 984,4 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 344,2 milyon manatı və ya 6,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən cari ilin birinci rübündə 927,7 milyon manat istifadə edilməklə elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 210 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər investisiya layihələrinə 717,7 milyon manat vəsait yönəldilib. İlin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
İcmal büdcənin gəlirləri 9,1 milyard manat təşkil edib
Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 9 milyard 192,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 129,2 milyon manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5 milyard 76,9 milyon manat icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 319 milyon manat və ya 6,7 faiz azdır.
İcmal büdcədə 4 milyard 115,3 milyon manat profisit yaranıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb