Aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi çərçivəsində "Azərmaş" ASC ilə İranın "Maral" şirkəti arasında distribüterlik müqaviləsi imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə “Azərmaş”ın idarə heyətinin sədri Emin Axundov deyib.
“Müqavilə ağırtonnajlı yük maşınları üçün qoşquların Azərbaycanda satışını nəzərdə tutur. Daha sonra həmin qoşquların Azərbaycanda istehsalı üçün yeni zavod tikiləcək”, – deyə E.Axundov diqqətə çatdırıb.