İranlı nazir: Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən daha geniş istifadə olunmalıdır
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən daha geniş istifadə olunmalıdır.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani jurnalistlərə müsahibəsində deyib.
“Ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. Azərbaycanla İranın ticarət əlaqələrinin inkişafı, yükdaşımalar və sərmayə qoyuluşu üçün böyük potensial mövcuddur", - deyə nazir vurğulayıb.