“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Almatıda Qazaxıstanın turizm operatorları və agentləri üçün Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, tədbir aprelin 17-dən 19-dək Almatıda keçirilən "KITF-2019" turizm sərgisi çərçivəsində gerçəkləşib.
Sərgidə “Azərbaycan Hava Yolları”, Heydər Əliyev Beynəlxalq Aeroportu və "SW Travel" turizm şirkəti ğlkəmizi təmsil edib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, yeni müntəzəm Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində isə “Nur Ai & Co” turizm şirkəti çıxış edir.