logo

Ötən illə müqayisədə Azərbaycanda boşanmaların sayı artıb

17:49 18-04-2019 | icon 2849
Ötən illə müqayisədə Azərbaycanda boşanmaların sayı artıb

Bu ilin ilk iki ayı ərzində 8237 nikah və 2718 boşanma halı qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Məlumata əsasən, yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, ölkədən isə 226 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 52 nəfər təşkil edib.