Yanvar-mart aylarında Azərbaycandan 7 milyon 697 min 392 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumatda qeyd edilib ki, ötən 3 ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 534 milyon 348 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2018-ci ilin birinci rübündə ölkədən 5 milyon 438 min 14 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 2 milyard 685 milyon 933 min dolları olub.