İlin ilk 3 ayında Azərbaycandan 2 milyard 971 milyon 16 min m3 təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) YeniAvropa-ya verilən məlumata görə, yanvar-mart aylarında ixrac olunan təbii qazın dəyəri 425 milyon 389 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 938 milyon 931 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 168 milyon 372 min dollar olmuşdu.