logo

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi

12:07 18-04-2019 | icon 3024
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə bildirilir ki, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

"Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq iki ildən çoxdur fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesablarına keçid işarə düymələrindən istifadə, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

“Facebook” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

keçid linki (https://www.facebook.com/mia.gov.az/)

“Instagram” – azerbaycan.din

keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)

“YouTube” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)

“Twitter” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)”.