Aprelin 17-si gündüz saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon İcra Hakimiyyətindən bildirlib. Qeyd edilib ki, səhər saat 11-dən etibarən kənddə hava şəraiti kəskin dəyişərək güclü qar yağmağa başlayıb.
Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir. Qısa müddətdə qarın hündürlüyü 3 santimetrə çatıb.