logo

Azərbaycanda 993 mindən çox vergiödəyicisi qeydiyyata alınıb

11:12 17-04-2019 | icon 3213
Azərbaycanda 993 mindən çox vergiödəyicisi qeydiyyata alınıb

Ötən ilin ilk rübündə ölkədə 20 min 343 hüquqi və fiziki şəxs qeydiyyata alınıbsa, bu ilin ilk üç ayında həmin göstərici 25 min 536-ya çatıb. Həm hüquqi, həm də fiziki şəxslər üzrə artım tendensiyası müşahidə olunub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən  YeniAvropa-ya bildirilib ki, ötən illə müqayisədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayında 8,1 faiz, fiziki şəxslərdə isə 28 faiz artım qeydə alınıb.

Həmçinin cari ilin əvvəlindən tətbiqinə başlanmış "Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı" nəticəsində elektron qeydiyyat sahəsində daha çox irəliləyiş baş verib. Belə ki, ötən il onlayn rejimdə elektron qeydiyyat 68,9 faiz olduğu halda, bu ilin ilk rübündə həmin göstərici 81,3 faizə yüksəlib ki, bu da 11,3 faiz artım deməkdir.

Ümumilikdə isə cari il aprelin 1-nə Azərbaycanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 993 min 38-ə çatıb. Bunun da 128 min 261-i hüquqi şəxslərin, 864 min 777-si isə fiziki şəxslərin payına düşür.