logo

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib

18:31 16-04-2019 | icon 3206
Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib.

AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, görüşdə energetika, maşınqayırma, İKT, qida, bank, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 20-dən çox avstriyalı iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, avstriyalı iş adamlarını bu imkanlardan yararlanmağa və azərbaycanlı sahibkarlarla fəal əməkdaşlığa dəvət edib.

Avsrtiya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek görüşün işgüzar dairələri arasında əlaqələrinin genişləndirilməsində əhəmiyyətini, səfərin məqsədinin də Azərbaycan və Avstriya iş adamları arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın investisiya mühiti və biznes imkanları ilə yaxından tanışlıq olduğunu bildirib.

İştirakçılara Azərbaycanın investisiya imkanları barədə təqdimat keçirilib.

Sonda avstriyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.