Birinci rübdə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumatda qeyd edilib ki, hesabat dövründə ölkə üzrə neft hasilatı ötən ilin eyni ayları ilə müqayisədə 0,15 faiz artaraq 9,7 milyon ton təşkil edib. SOCAR üzrə isə 1,85 milyon ton neft hasil olunub.