Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək
Aprelin 22-24-də Bakıda Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçiriləcək.
AHTTSA-nın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdiriləcək tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur.
Beşinci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur.
Forum rəsmi görüşlər və danışıqlar, plenar və panel iclasları, yerli və xarici sağlamlıq turizm müəssisələrinin sərgisindən sonra xarici nümayəndələrinin Naftalan, Qalaaltı, Duzdağ və İstisu müalicəvi- sağlamlıq mərkəzlərinə tanışlıq səfəri təşkil ediləcək.
Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayilan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Çin, Hindistan, İran, Qazaxıstan, İordaniya, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.
Qeyd edək ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.
Forum "Pullman Baku" hotelində aprelin 22-də öz işinə başlayacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb