logo

Paytaxtda silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

12:59 25-01-2018 | icon 3668
Paytaxtda silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.YeniAvropa Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir “TT” markalı tapança, üç patron, 1 ədəd həmin silaha məxsus sandıqça və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı 39-cu polis bölməsində toplanan material araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Aşkarlanan silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.