Bakıda “InvestrPro Azerbaijan” biznes konfransı keçiriləcək
İyunun 10-11-də Bakıda “InvestrPro Azerbaijan, Bakı 2019” biznes konfransı keçiriləcək.
YeniAvropa xəbər verir ki, forum "Sərmayə qoyuluşunu necə həyata keçirməli? Xarici banklarla işin yeni reallıqları, Avropa, ABŞ və digər ölkələrdə investisiya qoymaqla vətəndaşlıq almağın yolları, biznes üçün beynəlxalq strukturların inkişafı və bank hesablarının qorunması" kimi aktual məsələlərin həllinə həsr olunub.
Konfrans B2C formatı üzrə keçiriləcək. “InvestPro” konfransında hər il 20 ölkədən 250-dən çox nümayəndə - biznesmenlər, baş və maliyyə direktorları, vergi və maliyyə müşavirləri, bankirlər, aktivlərin idarə edilməsi üzrə mütəxəssislər iştirak edirlər.
Konfransda Azərbaycan, Böyük Britaniya Lixtenşteyn, BƏƏ, İsveçrə, Latviya, Ukrayna, İtaliya və Gürcüstandan olan spikerlər çıxış edəcəklər. Bundan başqa, Sinqapur, ABŞ, Kanada, Rusiya, Lüksemburq, Litva, Estoniya və digər ölkələrdən peşəkarların iştirakı gözlənilir.
Tədbirdə eksklüziv daxili informasiyalar və biliklər almaq mümkün olacaq. Spikerlər uğurlu keyslərini bölüşəcək, öz sahələrinə aid real praktik həll yollarını açıqlayacaq, sizin biznesinizlə bağlı fərdi məsləhətlər verəcək. Konfransda yeni və faydalı əlaqələr yaratmaq da mümkün olacaq.
Qeydiyyat 2019-cu il mayın 24-dək Azərbaycanda fəaliyyət göstərən bir şirkətdən iki nümayəndə (yalnız top-menecerlər) üçün aparılacaq.
Onlayn qeydiyyatdan https://bosco-conference.com/en/registration saytında keçmək olar.
Azərbaycandan olan nümayəndələrin mayən 24-dən sonra qeydiyyatı 300 manatdır.
Digər ölkələrdən olan nümayəndələr üçün qiymət 300 avrodur.
Əvvəlcədən qeydiyyatdan keçən şirkətlər üçün güzəştlər tətbiq olunur: aprelin 22-dək 270 avro.
Konfransın keçiriləcəyi yer: JW Marriott Hotel Absheron Baku 5*.
Əlavə məlumatları +442035193484, +35722008684 telefon nömrələrinə zəng edərək və ya [email protected] elektron ünvanından almaq olar.
Proqram https://bosco-conference.com/ru/konferentsii/2019/investpro-azerbajdzhan-baku-2019 saytında yenilənəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb