Aprelin 15-də Almatıdakı “Kazjol” otelində II Qazaxıstan-Azərbaycan turizm forumu təşkil olunacaq.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, forum Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və bu ölkənin Turizm İnstitutunun dəstəyi ilə keçiriləcək. Tədbirdə bu sahədə əməkdaşlığın perspektivləri müzakirə ediləcək, iki ölkənin turizm imkanlarının təqdimatı olacaq.
Forumda, həmçinin iki ölkənin işgüzar dairələrinin qeyri-rəsmi görüşləri planlaşdırılır.