Bakı şəhərinin Baş planı təqribən 6,4 milyon dollara başa gələcək.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsndən bildirilib.
Qeyd edilib ki, bu il fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın “AS+P” şirkəti olub. Baş planın hazırlanmasına dair həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb.
Qeyd edək ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.