Mayın 1-də saat 10.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın ümumi yığıncağı keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, yığıncaqda AMEA prezidentinin hesabat məruzələri dinləniləcək, həmçinin, elmi nailiyyətlər sərgisi təqdim ediləcək.