logo

Ötən il Azərbaycanda 12.433 nəfər məhkum olunub

13:54 12-04-2019 | icon 2884
Ötən il Azərbaycanda 12.433 nəfər məhkum olunub

Ötən il Azərbaycanda 12.433 nəfər həbs edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirlib. Qeyd edilib ki, onlardan 100 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Məlumatda bildirilib ki, ötən il birinci instansiya məhkəmələrində baxılan işlər nəticəsində məhkum olunan şəxslərdən 563 nəfəri fəhlələr, 74 nəfəri qulluqçular, 22 nəfəri kənd təsərrüfatı işçiləri, 131 nəfəri şagird və tələbələr, 6916 nəfəri əmək qabiliyyətli olub işləməyən və oxumayanlar, 3543 nəfəri digər məşğulluq növləri üzrə olanlardır.