logo

Yeni məktəb qalmaqalı: müəllim 12 yaşlı şagirdi döyərək xəstəxanalıq etdi

13:12 12-04-2019 | icon 2667
Yeni məktəb qalmaqalı: müəllim 12 yaşlı şagirdi döyərək xəstəxanalıq etdi

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 

YeniAvropa xəbər verir  ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

"Virtualaz.org"