logo

Gəncədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12:57 12-04-2019 | icon 2625
Gəncədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, aprelin 11-də Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilib.

Baxış zamanı Nəriman Mirbağırovun üzərindən 1,8 qram, yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kiloqram 343 qram, Elvin Nağıyevin üzərindən 1,9 qram, Rəşad Əliyevin yaşadığı evdən isə 82,2 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, Kəpəz rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli bilindiyinə görə şəhər ərazisində saxlanılaraq RPİ-yə gətirilib və onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibindən dörd bükümdə, ümumi çəkisi 235,08 qram tiryək aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.