Bu gün paytaxtın bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib. Qeyd edilib ki, aprelin 12-də saat 12:30-dan 16:00-dək 110 kilovoltluq 5-ci Xırdalan hava elektrik veriliş xətti (EVX) və 110/35/6 kilovoltluq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaşayış binaları, Yeni Müşfiq massivində həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.