Prezident İlham Əliyevin sərəncamına əsasən şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nazirliyin tərkibində fəaliyyət göstərən komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul edilib. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesablarına köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Xatırladaq ki, komissiya tərəfindən 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.