2009-2018-ci illərdə Azərbaycanda 435 milyon 855 min ton neft hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib. Qeyd edilib ki, ötən 10 ildə ölkə üzrə illik neft hasilatında maksimum göstərici 2010-cu ildə - 50 milyon 795 min ton, minimum göstərici isə 2017-ci ildə - 38 milyon 688 min ton qeydə alınıb.