Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı kilometrində dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-a verilən məlumata görə, hadisə yerinə dərhal AAYDA-nın əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur. Sözügedən ərazidə sürüşmə hadisəsi sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.