logo

Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı

15:06 11-04-2019 | icon 2744
Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı

Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya ataraq intihar edib.

YeniAvropa xəbər verir  ki, hadisə ötən gecə saat 3 radələrində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Səidə Ağaməmməd qızı özünü Nehrəxəlil kəndi ərazisindən keçən Türyançay çayına atıb.

Yeddi aylıq hamilə qadın çayda boğularaq ölüb.

Meyit sudan çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.(Oxu.az)