logo

DSK: Ölkə üzrə 203 min tondan çox pambıq təhvil verilib

12:37 18-12-2017 | icon 2345
DSK: Ölkə üzrə 203 min tondan çox pambıq təhvil verilib

Dekabrın 18-dək ölkə üzrə 203 min 199 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən iki gündə 796 ton məhsul təhvil verilib.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. AZƏRTAC