"Bakcell" abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti məşhur "MEGOGO" video xidməti ilə əməkdaşlığa başlayıb.
YeniAvropa xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində "Bakcell" abunəçiləri 10 minədək lisenziyalı film, cizgi filmi, televiziya serialı və digər video məzmuna 12 aya qədər PULSUZ baxmaq imkanı qazanıblar.
Qeyd edək ki, "MEGOGO" MDB ölkələri və Şərqi Avropa regionunun ən böyük beynəlxalq OTT/VOD xidmətləri təminatçısıdır. "Bakcell" və “MEGOGO”nun birgə eksklüziv təklifində ən vacib məqamlardan biri də bu paketə Azərbaycan dilinə dublyaj edilmiş 400-dən çox filmin daxil edilməsidir.
Xidmətə bütün "Bakcel"l abunəçiləri qoşula bilər (Cin, Klass və Biznes individual). Bu fürsətdən yararlanmaq üçün müştərilər öz "Bakcell" nömrələri ilə www.megogo.net Internet səhifəsində və ya “GooglePlayStore” və “Appstore”dan yüklənilən "MEGOGO" mobil tətbiqetməsində qeydiyyatdan keçməlidir. Abunəçinin qoşulduğu tarif paketindən asılı olaraq xidmətə 6-12 ay arasında pulsuz abunəlik təqdim edilir. PULSUZ istifadə müddəti bitdikdən sonra abunəçilər xidmətdən ayda cəmi 3 AZN xidmət haqqı ödəməklə yararlana bilərlər.
Qeyd edək ki, bu tərəfdaşlıq çərçivəsində "MEGOGO" xidmətindən 5 fərqli cihazda və 30-dan çox cihaz platformasında istifadə etmək mümkündür. Xidmətdən istifadə etmək üçün kəsintisiz internet bağlantısı (mobil və yaxud stasionar) tələb olunur.
Bu eksklüziv təklif və "Bakcell" şirkətinin digər sərfəli məhsul və xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.comsəhifəsindəyerləşdirilib.
Şirkətdən verilən məlumatda qeyd edilir ki, Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan "Bakcell" öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsini qurmağa nail olub. "Bakcell" müasir mobil rabitə istifadəçilərini bundan sonra da ən son, ən rahat və ən maraqlı xidmətlər ilə təmin etmək məqsədilə innovasiya sahəsində İLK-lərə imza atmağa davam edəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb