logo

Telman İsmaylovun Moskvadakı “Praqa” restoranı hərrasda satıldı

13:07 11-04-2019 | icon 3052
Telman İsmaylovun Moskvadakı “Praqa” restoranı hərrasda satıldı

Moskvanın mərkəzi Arbat küçəsində yerləşən məşhur “Praqa” restoranının binası hərracda satılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, binanı Moskvanın “Çeryomuşki” bazarının sahiblərindən biri Miroslav Melnik alıb.

Xatırladaq ki, “Praqa” restoranın binası azərbaycanlı iş adamı Telman İsmaylovun “AST” şirkətlər qrupuna məxsus idi. Vaxtilə orada "Məhəllə-2" komediya filminin bəzi səhnələri də çəkilmişdi. İş adamının müflisləşməsindən sonra bina hərraca çıxarıldı.