Aprelin 11-də Bakıda üçlük ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın birgə sərgisi açılıb.
YeniAvropa xəbər verir ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil olunub. Açılış mərasimində çıxış edən AZPROMO-nun sədri vəzifəsini icra edən Yusif Abdullayev sərgi barədə ətraflı məlumat verib. Bildirib ki, sərgidə üç ölkədən 50-dən çox şirkət iştirak edir.
Sərgi tibb, kosmetika, tekstil, təbii dəri, idman geyimləri, qida məhsulları, turizm, inşaat, daşınmaz əmlak, mebel və sair sahələri əhatə edir.
Aprelin 13-dək davam edəcək sərgidə 200-dən çox qeydiyyatdan keçmiş nümayəndə heyətinin, 10 min ziyarətçinin iştirakı gözlənilir.