logo

Azərbaycanın ixrac missiyası Qətərə gedəcək

20:08 10-04-2019 | icon 3038
Azərbaycanın ixrac missiyası Qətərə gedəcək

"Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının ixracın genişlənməsi məqsədilə növbəti ixrac missiyası aprelin 12-16-da Qətərin paytaxtı Dohaya təşkil olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ixrac missiyasına qida, tekstil, turizm və tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində ixraca dair müzakirələr aparılacaq, Azərbaycan şirkətləri Qətərin iri market şəbəkələri ilə tanış olacaqlar.