logo

Beynəlxalq Valyuta Fondu-Azərbaycan əməkdaşlığı müzakirə edilib

19:12 10-04-2019 | icon 3024
Beynəlxalq Valyuta Fondu-Azərbaycan əməkdaşlığı müzakirə edilib

Aprelin 10-da Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisa, eləcə də missiyanın keçmiş rəhbəri Məhəmməd əl-Qorçi iştirak edib.

Tanışlıq xarakteri daşıyan görüşdə BVF ilə Azərbaycan arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkədə makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin yaradıldığı qeyd olunub.

S.Şərifov N.Tamirisaya gələcək fəaliyyətində uğurlar arzulayıb, BVF ilə Azərbaycan arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.