logo

Hesablama Palatas ötən il 9,2 milyard manat vəsaiti audit edib

11:27 10-04-2019 | icon 2968
Hesablama Palatas ötən il 9,2 milyard manat vəsaiti audit edib

Keçən il audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Hesablama Palatasının mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bu məbləğin 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edib. Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləği əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olub. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən yarısı 2017-ci, 21,1 faizi isə 2018-ci il üzrə xərclər, qalan 28,2 faizi isə 2016-cı ilədək icra olunmuş vəsaitlər təşkil edib.